Nejat İşler facebookda vidalaşdı
27 Fevral 2014 Cümə Axşamı 04:50
Səhhəti barədə məlumat verən aktyor Nejat İşler hələ müalicəsinin davam etdiyini bildirib.
Türkiyənin tanınmış aktyoru, 2 aya yaxın müdətdir xəstəxananın reanimasiya şöbəsində müalicə olunan Nejat İşlər qətlə yetirilmiş tanışı ilə facebook vasitəsilə vidalaşdı. ANS PRESS-in xəbərinə görə, aktyor baş verənlərin axmaqca olduğunu qeyd edib.

“Xoşca qal Yanki, axmaqca oldu gözəl qız” – deyə İşler facebook statusunda qeyd edib.

Qeyd edək ki, Nejat İşlerin vidalaşdığı “Shell & Turcas” korporasiyasının direktoru 42 yaşlı Yanki Özkan Yıldırır qaynatası tərəfindən küçədə odlu silahla öldürülüb.

Səhhəti barədə də məlumat verən aktyor hələ də yataqda olduğunu və müalicəsinin davam etdiyini bildirib.

“Müalicəm şərtlər çərçivəsində davam edir. Hələ də yataqayam və nəfəs cihazına bağlı yaşayıram. Ziyarət çox məhduddur, sadəcə zəruri hallarda. Ümumi vəziyyət yaxşıya doğru gedir. Amma bu, uzun vaxt alacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar