Nadir Qafarzadə maraqlı açıqlama verib
17 May 2014 Şənbə 16:05
Qalmaqalları ilə gündəmdən düşməyən müğənni Nadir Qafarzadə maraqlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, ifaçı növbəti konsertində ancaq həyat yoldaşı üçün oxuyacağını deyib. Yerli telekanallardan birinə müsahibə verən Nadir Qafarzadə "Yaşıl teatr"ın iki minlik zalında yalnız həyat yoldaşı üçün konsert verəcəyini bildirib:

“21 illik həyat yoldaşıma əziyyətləri qarşılığında hesabat verməyə ixtiyarım var. 21 ildir bütün kaprizlərimə dözür, könlünü almaq üçün ona konsert verəcəm. Çoxları düşünəcək ki, evində də konsert verə bilərsən. Bəzi kişilər arvadlarını döyürlər incidirlər, əzab verirlər. Bu konsert onlara mesajdır ki, qadınlarınızı incitməyin. Fərqli konsert olacaq, iki minlik konsert zalında yalnız xanımım əyləşəcək. Gözəl dekorasiya qurulacaq. Bu konsert üçün sandığın ağzını açacam. Hər şey ona qurbandır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar