Müğənni Samir Piriyev ikinci dəfə özünə toy çaldırdı
13 İyul 2010 Çərşənbə Axşamı 11:50
Müğənni Samir Piriyev ikinci dəfə özünə toy çaldırdı. Təmtəraqlı toya Samir və Anara cütlüyü salona "Vağzalı” sədaları olmadan daxil olublar.
Dünən müğənni Samir Piriyevin ikinci dəfə toyu oldu. Milli.Az-ın məlumatına görə, müğənni Samir Piriyev və “Space” telekanalında yayımlanan “Bazar” verilişinin müxbiri Anara Fətəliyeva ailə həyatı qurublar. “Karvan” şadlıq sarayında keçirilən toya Samir və Anara 40 dəqiqə gecikmələrinə baxmayaraq, üstəlik “Mercedes-Benz” markalı gəlin maşınında da bir qədər gözləməli olublar. “Vağzalı” sədaları olmadan salona daxil olan Samir və Anara cütlüyü şampan içmə mərasimindən sonra romantik musiqi sədaları altında rəqs ediblər. Toya təşrif buyuran KİV nümayəndələrinin işləməsi üçün heç bir qadağa qoyulmayıb. S.Piriyev dəhlizdə “onlar saytdandırlar, işləmələrinə mane olmayın”-deyə, qonaqlara bildirib.

Ümumiyyətlə, bəy öz toyunda həm gəlinlə, həm qonaqlarla, həm də tək rəqs etməsi ilə daha çox seçilib. Bundan əlavə, Samirin Rəqsanə ilə duet oxuması da maraqlı məqamlardan biri olub. Toy, Murad Arifin aparıcılığı və müğənni Ayaz Qasımovun ifası ilə idarə olunub.

Müğənninin toyunda həmkar dostlarının az olması diqqətdən yayınmayıb. Amma toyda Mətanət İsgəndərli, Rəqsanə, Nadir Qafarzadə, Emil Bədəlov, Ramal, Elçin Hüseynov, Elariz, Hüseyn Dərya, Nura Suri, Xəyyam Nisanov, rəqqasə Məryəm, rəqqasə Fatimə və başqa sənətçilər, klipmeyker və şoumenlər də iştirak edib.

"Bəy gərək öz toyunda oxusun ki, ucuzluq olsun" deyə düşünən toyun səbəbkarı Samir həmkarı Rəqsanə ilə duet də oxuyub. Mətanət İsgəndərli, Rəqsanə, Xəyyam, Hüseyn Dərya, Ramal, Nura da toya öz mahnı töhvələrini veriblər.

Toy zamanı diqqətdən yayınmayan məqamlardan biri də Ülvi Cəfərovun rəhbər olduğu “Şeron” qrupu üzvlərinin toyun sonuna qədər dəhlizdə çay içməsi olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar