MTV tədbirdə imtina edən sənətçiləri cəzalandıracaq
12 Avqust 2010 Cümə Axşamı 12:45
Kanalın Avrasiya üzrə prezidenti Metyu Qoldsteyn bu barədə açıqlama verib.
MTV kanalın Azərbaycanda keçirəcəyi ilk tədbirdə iştirak etməkdən boyun qaçıran sənətçiləri cəzalandıracaq. Bu barədə ANS PRESS-ə açıqlamasında MTV-nin Avrasiya regionu üzrə prezidenti Metyu Qoldsteyn bildirib.

"Kimliyindən asılı olmayaraq, dünyanın istənilən nöqtəsində bizə söz verib, bunu yerinə yetirməyən sənətçiyə MTV tərəfindən sadəcə olaraq qadağa qoyulacaq. Bizim tədbirlərə əvvəlcədən söz verib gəlməyənlər kanalın siyasətinə uyğun olaraq “Viacom”a (MTV-nin yayımçısı olan şirkət) məxsus bütün yerlərdə, eləcə də “VH1” və “Viva” kanallarında qadağaya məruz qalacaqlar, xüsusilə də əgər bu sənətçilərin iştirakı ictimaiyyətə elan olunubsa", - deyə o bildirib.

Metyu Qoldsteyn əlavə edib ki, avqustun 13-də 7 ulduzlu SEA BREEZE otelində keçiriləcək VIP - OPEN AIR PARTY - də iştirakdan imtina edən yerli sənətçilər bununla bağlı onlara heç bir məlumat verməyiblər: "Aysel Teymurzadə şəxsən özü bizə tədbirdə çıxış edəcəyini təsdiqləyib. Bunun əksi barədə onun dilindən heç nə eşitməmişik. Digər sənətçilərin də tədbirdə iştirak etməyəcəyini yerli mətbuatdan öyrənmişik".

Qeyd edək ki, Jan Carey, “Wonderland Avenue” və bir neçə sürpriz Hollivud ulduzunun iştirak edəcəyi gecəni tanınmış aparıcı Kamilə Babayeva idarə edəcək. Bu miqyaslı tədbir Azərbaycanda ilk dəfə keçiriləcək. Tədbir Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM-102 FM radiosu ilə bütün ölkəyə canlı yayımlanacaq. Gecə həmçinin yerli telekanallarda nümayiş olunmaqla yanaşı, MTV vasitəsilə bütün dünyaya çatdırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar