Model Rüstəm Cəbrayılov Bakıya gəlib
27 Fevral 2014 Cümə Axşamı 12:42
Nyu-Yorkda yaşayan Rüstəm Cəbrayılov pərəstişkarlarını sevindirəcək.
Yenicə Azərbaycana dönən model Rüstəm Cəbrayılov onu görmək istəyən xanımlara şad xəbər verib. ANS PRESS-in məlumatına görə, bir neçə ildir Nyu-Yorkda yaşayıb fəaliyyət göstərən azərbaycanlı model pərəstişkarları ilə görüşəcək. Görünüşü ilə bir çox qadınların ürəyini fəth edən model bu barədə şəxsi “Facebook” səhifəsində məlumat yayıb.

“Bilmirəm necə deyim, utanıram, birinci dəfədir belə bir şey edirik. Hüseyn Cavadzadənin köməkliyi və dəstəyi ilə martın 6-da Park Bulvar AVM-də sizlərlə görüş günü təşkil etmişəm. Lap dünya ulduzları kimi çıxmasın, hər kəsi gözləyirəm. Həm də istəyirəm gözüm arxada qalmasın, Nyu-Yorka qayıdanda bir xatirə günüm olsun”.

Qeyd edək ki, Rüstəm Cəbrayılov “Best model of the World-2007” beynəlxalq müsabiqəsinin qalibi olub. Bir neçə il öncə isə vətəni tərk edərək Nyu-Yorka yollanıb. Oradada model kimi reklamlara çəkilməyə başlayıb daha sonra isə ailə həyatı qurub.


















DOSTLARINLA PAYLAŞ:

oyunlar