Məşhur aktrisanın dul qalmış əri ölü tapılıb
24 May 2010 Bazar Ertəsi 16:25
Britani Merfinin əri Simon Moncekin cəsədi aşkar edilib.
5 ay əvvəl dünyasını dəyişmiş amerikalı aktrisa Britani Merfinin həyat yoldaşı, ssenarist Simon Moncek dünən axşam Beverli Hilsdəki evində ölü tapılıb. Bu barədə Los-Anceles polisinin məlumatına istinadən "The Australian" nəşri yazıb.

Polis ssenaristin cəsədini yerli vaxtla 21:24-də, "911" xidmətinə edilən zəngdən sonra aşkar edib.

Xatırladaq ki, 32 yaşlı aktrisa Britani Merfi 2009-cu ilin dekabrın 20-də öz evində ürəktutmasından keçinmişdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar