Maykl Ceksonun öldüyünü qəbul etməyənlər iddialarını isbat etmək üçün sayt qurub
14 İyun 2010 Bazar Ertəsi 04:30
Saytda Maykl Ceksonun 30 sentyabrda Mayami hava limanında bir uşağın əlindən tutaraq təyyarədən düşərkən görüldüyü bildirirlib.
Keçən il vəfat edən pop musiqisinin kralı Maykl Ceksonun öldüyünü qəbul etməyən fanatları onu dünyanın müxtəlif yerlərində gördüklərini iddia edirlər. İddialarını yaratdıqları “michaeljacksonsightings.com” saytında isbat etməyə çalışan fanlar Ceksonu Avstraliya, İngiltərə, Fransa, Norveç və Macarıstanda gördüklərini bildirərək onun olduğunu iddia etdikləri foto-şəkilləri də bu saytda paylaşırlar. Saytda Maykl Ceksonun yaşadığını iddia edənlərin əksəriyyəti onu 30 sentyabrda onu Mayami hava limanında bir uşağın əlindən tutaraq təyyarədən düşərkən gördüklərini bildirirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar