Maykl Ceksonun əşyaları hərraca çıxarıldı
27 İyun 2010 Bazar 13:55
Pop kralın bir necə şəxsi əşyası 1 milyon dollar gəlir gətirib.
ABŞ-ın Nevada ştatında, Las Veqas şəhərində pop musiqinin kralı hesab edilən Maykl Ceksonun ölümünün ildönümü münasibəti ilə onun şəxsi əşyalarının hərracı keçirilib. Hərracdan gözlənildiyindən dəfələrlə artıq - 1 milyon dollar gəlir əldə edilib. Belə ki, pop kralın dəri ayaqqabısı hərracda 90 minə, konsertdə geyindiyi pencək 120, 2009-cu il 24 iyunda verdiyi sonuncu avtoqrafı isə 21 min dolara alıcı tapıb.

Təşkilatçılar hərracın böyük marağa səbəb olduğunu bildiriblər. "Bura Asiyadan, Rusiyadan da insanlar gəlmişdilər. Biz hele indi- o gedəndən sonra əsl əfsanəni itirdiyimizi anlayırıq".

Xatırladaq ki, pop kral Maykl Cekson ötən il iyun ayının 25-də 50 yaşında vəfat edib. Onun ölümünə səbəb ağrıkəsici dərmanlardan çox istifadə olub. Müğənni ölümündən bir necə ay sonra dəfn edilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar