Loon: "Şöhrətdən əl çəkib İslam dinini qəbul etdim"
06 Avqust 2010 Cümə 02:40
Amerikanın məşhur rep ifaçısı Loon İslamı qəbul edib.
Dünyanın məşhur rep ustası Loon İslam dinini qəbul edib. Əvvəlki adı Xauncey Lamont Haukins olan repçi İslam dinini qəbul etdikdən sora adını Əmir Muhaddis olarak dəyişdirib. Müğənni bütün repçi kariyerasına son qoyub.

Əvvəlki həyatını unutmaq istədiyini deyən köhnə repçi müsəlmanların mədəniyyətini görərək bu dini araşdırmağa başladığını qeyd edib: "Əvvəllər mənim həyatım pul və şöhrətdən ibarət idi. Ancaq bir gün müsəlman ölkələrinin birinə səfər etmişdim. Mən orada gözəl əxlaq və ədəb gördüm. Camaat namaza getmək üçün öz dükanlarını bağlayırdı. İnsanların mədəniyyəti mənim İslamı araşdırmama səbəb odu və mən bu şöhrətdən əl çəkib islamı qəbul elədim". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar