Light Selaminin aqibəti nə olacaq?
25 Fevral 2011 Cümə 06:51
Liviyada baş vermiş son hadisələr seriallar üzərində suallar meydana gətirib
Liviyada baş vermiş son hadisələr və əcnəbilərin bu ölkədən evakuasiyası seriallar üzərində də suallar meydana gətirib. Qeyd edək ki, “Çocuklar Duymasın” adlı serialın yenidən çəkilməsi və bu filmdə Light Selami rolunun ifaçısı Özgür Ozanın başqa serialda (Arka Sokaklar) olması film müəllifinin Könüllə Selaminin boşadaraq ikincinin işləmək üçün Liviyaya getməsi kimi ssenari yazmasına səbəb olub. Serialın pərəstişkarları isə Liviyada baş vermiş hadisədən sonra Selaminin aqibəti barədə “narahat” olmağa başlayıb.

Bu günlərdə Light Selaminin seriala qayıdıq-qayıtmayacağı müzakirə mövzusudur. Filmin ssenari müəllifi Birol Güven isə bu barədə hər hansı bir açıqlama verməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar