“Kurtlar Vadisi” şərqli “Aşkı Memnu” qərblidir
15 İyun 2010 Çərşənbə Axşamı 03:30
“Türkiyə telekanallarında nümayiş olunan seriallar Qərb və Şərq dünyasındakı təzadları əks etdirir”.
İngiltərədə nəşr olunan “The Sunday Times” qəzeti Türkiyə telekanallarında nümayiş olunan serialların Qərb və Şərq dünyasındakı təzadları əks etdirdiyini yazıb. Qəzet bu fikrini Türkiyənin reytinq rekordçusu olan iki serialdan misallar verərək əsaslandırıb.

Qəzet “Kurtlar Vadisi Pusu” serialının Şərq dünyasını əks etdirdiyini, qaşqabaqlı aktyor və zəif xarakterləri ilə daha çox yeniyetmə və savadsız insanlar arasında populyar olduğunu bildirib.
Qəzet həmçinin hesab edir ki, Türkiyənin dünyəvi hüquq sistemini mənimsəyən və qərmeyilli ictimaiyyəti “Aşkı Memnu” serialına baxır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar