"Kurtlar Vadisi Fələstin"in neqativləri yanıb
23 Avqust 2010 Bazar Ertəsi 22:55
Filmin bəzi səhnələri yenidən çəkiləcək.
Çəkilişi Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda başlayan “Kurtlar Vadisi Fələstin” filminin neqativlərinin bir hissəsi yanıb. ANS PRESS-in məlumataına görə, bu barədə filmin ssenaristi Bahdır Özdenir “NTV” kanalına müsahibəsində məlumat verib. Özdenirin sözlərinə görə, neqativləri yanmış səhnələr yenidən çəkiləcək. “Nə olur olsun, nə qədər çəkməli olsaq da biz bu filmi başa çatdıracağıq”,-deyən ssenaristin sözlərinə görə, filmin çəkilişlərində böyük siyasi qalmaqala səbəb olmuş “Mavi Mərmərə” gəmisindən də istifadə oluna bilər. Hələlik “Mavi Mərmərə” gəmisi ətrafında aparılan istintaq işləri başa çatmadığından yaradıcı heyət gəmini kirayələyə bilməyib.

Filmin ekranlara çıxacağı tarix də dəyişdirilə bilər. Belə ki, əvvəlcə noyabrın 5-də filmin nümayiş etdirilməsi nəzərdə tutulsa da, yanmış neqativlərin yenidən çəkilişi və montajı bu müddətin uzanmasına səbəb olacaq. Türkiyənin ən bahalı filmi olacağı bildirilən “Kurtlar Vadisi Fələstin”in büdcəsi açıqlanmasa da, bu məbləğin biraz da artacağı dəqiqləşib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar