Klipsiz klip təqdimatı
28 Sentyabr 2010 Çərşənbə Axşamı 14:25
Elza Seyidcahanın yeni klipi təqdimata yetişmədi.
Əməkdar artist Elza Seyidcahan dünən axşam jurnalistləri gənc müğənni Vüsal Hacıyevlə duetinə çəkdirdiyi "Ölümünə sevdim" klipinin təqdimatına topladı. ANS PRESS-in məlumatına görə, ekstremal şəraitdə ekstremal konsertlər verməyə adət etmiş sənətçinin təqdimatında ekstremal hal baş verib.

Klipin diskini tədbir keçirilən məkana gətirən avtomobil yol polisləri tərəfindən saxlanılıb. Müğənni tədbirə toplaşanları çay süfrəsinə qonaq edib, vaxtı ötürmək üçün qonaqlarla söhbətləşib. Xeyli vaxtdan sonra nəhayət ki, disk məkana çatıdırılsa da, klipin nümayişdə problem yaranıb.

Bir sözlə klip təqdimatına toplaşanlar klipi izləmək imkanı qazanmayıblar.

Elza Seyidcahan sözügedən klipindən savayı, il ərzində çəkdirdiyi daha dörd klipini təqdim etməyə hazırlaşdığını bildirib. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar