Kirkorov Bakıda konsert vermək arzusunu reallaşdıra bilmir
18 Fevral 2011 Cümə 13:23
"Heydər Əliyev Sarayının mart ayının afişasında Filipp Kirkorovun konserti yoxdur"
"Heydər Əliyev Sarayının mart ayının afişasında Rusiyanın xalq artisti Filipp Kirkorovun konserti yoxdur. 4 martda xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının, 05.06.07.08 mart tarixlərində "Bu Şəhərdə"nin "Xına yaxdı" konsertləri, 12 martda isə Ancelika Varum və Aqutinin konsertləri olacaq". Bunu ANS PRESS-ə açıqlamasında Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə söyləyib.

Qeyd edək ki, yerli mətbuatda Filipp Kirkorovun martın 2-də Bakıda, Heydər Əliyev Sarayında konsert verəcəyi ilə bağlı məlumatlar dərc edilib.

Belə ki, Rusiyanın xalq artisti Filipp Kirkorov rəsmi internet saytında müğənni Bakıda konsert vermək istədiyi bildirilib: "Mən əfsanəvi tamaşaçı auditoriyası ilə görüşmək istəyirəm!". Hətta saytda Filipp Kirkorovun konsertinin vaxtı da dəqiqləşib. Guya, o matın 2-də Heydər Əliyev Sarayında çıxış edəcək. Məlumata görə, onun bakılı tamaşaçılarla görüşü, bəstəkar İqor Krutoyun Heydər Əliyev Sarayında keçiriləcək yaradıcılıq gecəsində baş tutacaq. Gecənin digər iştirakçıları müğənnilər Kristina Orbakayte, Layme Vaykule, Aleksandr Serov və bir çox digər Rusiya ulduzları olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar