İlhamə Quliyeva Gülüstan Əliyevanın təqdimat mərasimini poza bilər
16 Aprel 2010 Cümə 13:00
Sənətçilər İlhamə Quliyeva və Gülüstan Əliyevanın tədbiri eyni günə, eyni saata təsadüf edir.
Xalq artisti İlhamə Quliyeva əməkdar artist Gülüstan Əliyevayanın planlarını alt-üst edə bilər. ANS PRESS-in məlumatına görə, Gülüstan Əliyevanın “Yadıma düşürsən” albomunun təqdimatı xalq artistinin mətbuat konfransı ilə eyni günə və eyni saata təsadüf edir. Media nümayəndələri öncə xalq artistinin tədbirində iştirak edəcəyi gözlənilir.

Gülüstan Əliyeva ANS PRESS-ə açıqlamasında bildirib ki, İlhamə Quliyevanın onunla eyni tarıxdə və eyni saatda tədbir keçirəcəyindən məlumatsızdır.

Qeyd edək ki, Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva bu gün yeni albomunun təqdimat mərasimini keçirəcək. Müğənni bildirib ki, adıçəkilən mərasimlə bağlı əməlli-başlı problem yaşayır. Daha bir problem təqdimat mərasiminin keçiriləcəyi məkanın adının mətbuat nümayəndələrinə səhv çatdırılması ilə bağlıdır. Təqdimat mərasimi, əvvəl göstərildiyi kimi “Monte Kristo” restoranında deyil, bu gün saat 14.00-da “Muğam ocağında” olacaq.

Türkiyədən səfərdən qayıdan Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva da bu gün saat 14:00-da "Trend" mətbuat mərkəzində medianı başına toplayaraq İstanbul şəhərində açılışı olan "İlhamə Quliyeva adına Mədəniyyət Mərkəzi" ilə bağlı məlumat verəcək və jurnalistlərin suallarını cavablandıracaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar