Hollivud ulduzu "Qazprom"u reklam edəcək
25 Avqust 2010 Çərşənbə 19:55
Ceyson Stethem 100 min avro qonorar alıb.
Məşhur hollivud ulduzu Ceyson Stethem “Qazprom”un sürtkü materiallarını reklam edəcək. “Adrenalin” filmi ilə məşhur olan 37 yaşlı aktyor reklam rolikinə 100 000 avro qonorar müqabilində çəkilmək üçün razılıq verib.

İki gün davam edən çəkilişlərin bir günü Moskvada, ikinci günü isə Çexiyada baş tutub. Casus filmlərinin sujet xətti ilə çəkilən reklam çarxının ssenarisindən isə yalnız 10 nəfər – çəkiliş qrupunun üzvləri xəbərdardır.

“Qazprom” şirkətinin mətbuat xidmətindən də yayılan xəbərlərin həqiqət olduğunu təsdiqlənib və hollivud ulduzunun “G-Energy” avtomobil yağlarının reklamında çəkildiyi bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar