Hollivud ulduzları Penelopa Kruzla Xavyer Bardem evləniblər
15 İyul 2010 Cümə Axşamı 04:25
Oskar mükafatçıları, məşhur Hollivud ulduzları Penelopa Kruzla Xavyer Bardem ailə həyatı qurublar.
 Bu barədə Kruzun nümayəndəsi Amanda Silverman məlumat verib. Onun sözlərinə görə, cütlük bu ayın əvvəlində Baham adalarında evlənib. Qeyd edək ki, hər iki ulduz ispan mənşəlidir. Penelopa Kruz 2008-ci ildə "Vicky Cristina Barcelona" filmində ən yaxşı ikinci dərəcəli qadın roluna görə Oskar mükafatına layiq görülmüşdü. Həmin filmdə Xavyer Bardem də rol alıb. Bardem öz növbəsində 2007-ci ildə "Burda qocalara yer yoxdur" filmində ən yaxşı ikinci dərəcəli kişi roluna görə Oskar mükafatını alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar