Gözəlliyin sirri
27 Oktyabr 2010 Çərşənbə 10:30
Gözəlliyin sirri hərbi disiplin, idman və estetik əməliyyat.
Venesuelalı qızların gözəllik sirri tapılıb. Adətən dünya gözəllik yarışmalarının qalibləri seçilən venesuelalıların sirrini ölkədə keçirilən bu cür müsabiqələrin təşkilatçısı Osmel Sousa açıqlayıb. O, venesuelalı qızların daima hərbi disiplində olduğunu, idman etdiklərini və lazım gəldikdə estetik əməliyyat olunduqlarını açıqlayıb.

Təşkilatçının sözlərinə görə, müsabiqədən əvvəl venesuelalı gözəllər günə idman, podium yürüşü, xareoqrafiya və ictimaiyyət qarşısında danışıq dərsləri ilə başlayırlar.

"Onların saçları, geyimləri, lazım olsa, dişləri belə tamamilə dəyişdirilir. Yarışmalarda təbiiliyə yox, gözəlliyə qiymət verilir. Bütün bu dərslər ciddi nizam-intizamda keçirilir", deyə təşkilatçı bildirib.

Qeyd edək ki, dünya gözəllik müsabiqələrinin qaliblərinin əksəriyyəti məhz Venesuelalılardır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar