Fərdi Tayfur xəstəxanaya çatdırılıb
10 May 2010 Bazar Ertəsi 01:10
Hazırda müğənni Fərdi Tayfurun reanimasiya şöbəsində müalicə olunduğu və iflic riski daşıdığı bildirilir.
Türkiyənin məhşur müğənnisi Fərdi Tayfur xəstəxanaya çatdırılıb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Muğla vilayəti Marmaris rayonunda olan bağ evindən qayıdarkən hava limanında qəfildən vəziyyəti pisləşib. Hava limanında həkimlərin müdaxilə etdiyi F. Tayfur Muğla Ortaca rayonunda “Yücelen” xəstəxanasına çatdırılıb. İlkin məlumata görə həkimlər müğənninin qan təzyiqinin çoxaldığını bildiriblər. Hazırda müğənninin reanimasiya şöbəsində müalicə olunduğu və iflic riski daşıdığı bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar