Faiq Ağayevdən şok açıqlama
01 İyun 2010 Çərşənbə Axşamı 10:10
Xalq artisti Faiq Ağayev növbəti dəfə konsertini təxirə saldı.
Azərbaycanın xalq artisti Faiq Ağayevin mətbuat xidməti xüsusi açıqlama yayıb. Mətbuat xidmətindən ANSPRESS-ə daxil olan məlumatda bildirilir ki, Faiq Ağayevin 6-9 iyun 2010-cu il tarixlərində Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan “F.A made in Azərbaycan” solo konserti təxirə salınır. Buna səbəb kimi, onu təşkil etməyə israrla şəxsi təşəbbüs göstərən MAB-ın rəhbəri, konsert təşkilatçısı Nahid Emiloğlunun “anlamsız fəaliyyətsizliyi, etinasızlığı və hazırlıqsızlığı” göstərilir.

Açıqlamada daha sonra bu qərarın aşağıdakı səbəbləri sadalanır:

“Konsertə sayılmış günlərin qaldığı bir vaxtda böyük, məsuliyyətli, mühüm bir konsert layihəsinin TV reklamı əhəmiyyətsiz, cüzi, açıqcası - YOX səviyyəsindədir.

Əvvəlcədən ödənişi mütləq olan vacib məbləğlərin heç biri, o cümlədən H.Əliyev Sarayının icarə haqqı, hələ də həyata keçirilməyib.

Bu azmış kimi, təşkilatçının bütün telefonları işlək vəziyyətdə olsa da, özü əlaqə dairəsi xaricindədir”.

Məlumatda xatırladılır ki, məhz N. Emiloğlunun səhlənkarlığı ucbatından xalq artisti Faiq Ağayev “F.A made in Azərbaycan” layihəsinin tarixini artıq üçüncü dəfədir ki, dəyişdirmək məcburiyyətində qalır.

Yaranmış vəziyyətdə Faiq Ağayev səriştəsiz təşkilatçı ilə razılaşmaya xitam verməyə qərar verib və konsertin keçirilmə zamanını digər vaxta ertələyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar