Faiq Ağayev polisə müraciət etməli olacaq
20 Aprel 2010 Çərşənbə Axşamı 16:55
Xalq artisti Faiq Ağayevin mobil telefonunu oğurlayıblar.
Xalq artisti Faiq Ağayevin iş telefonu meneceri Natavan Mirzəyevadan oğurlanıb. Bu barədə Trend Life-a Natəvan Mirzəyeva bildirib. Telefonun oğurlanması ilə bağlı Natavan xalq artisti ilə problem yaşamasa da, menecer kimi öz işində çətinliklərlə üzləşib. N.Mirzəyevanın sözlərinə görə, avtobusda oğurlanmış telefonda çox vacib məlumatlar var imiş: dostlar və tanışların, həmkarların, restoran və klub rəhbərlərinin telefon nömrələri, toyların qrafikləri və s.

"Faiq Ağayev iş telefonunu mənə vermişdi. Avtobusda onu oğurladılar. Bu, artıq ikinci belə haldır. Faiq Ağayevin daha bir iş telefonu ötən ilin dekabrında oğurlanmışdı və polislər onu Hacıqabuldan tapmışdı. Deyəsən, yenə polisə müraciət etməli olacağıq". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar