"Eurovision-2011"münsiflər heyəti açıqlanıb
11 Fevral 2011 Cümə 23:00
Müniflər heyətində 7 nəfər yer alıb
Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisini seçəcək münsiflər heyətinin tərkibi açıqlanıb. Azərbaycan təmsilçisini seçəcək 7 nəfərdən ibarət münsiflər heyətində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov, sənətşünaslıq namizədi Lalə Kazımova, xalq artisti Rauf Babayev, xalq artisti, bəstəkar Faiq Sücəddinov, xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəyli təmsil olunub.

Qeyd edək ki, hazırda Akademik Milli Dram Teatrında “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin müəyyən edilməsi üçün milli final müsabiqəsi keçirilir.

Müsabiqədə İlhamə Qasımova, Eldar Qasımov, İlqarə İbrahimova, Aynişan Quliyeva və Nigar Camal iştirak edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar