Emin Ağalarov Bakıda solo-konsert verəcək
11 İyun 2010 Cümə 19:25
Emin Ağalarov Bakıda solo-konsert verəcək. Biletlər artıq şəhərin kassalarında satılır.
Moskvada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov Bakıda konsert proqramı ilə çıxış edəcək. E.Ağalarovun rəsmi internet saytı olan emin.ru-da verilən məlumata görə, konsertin "Yaşıl Teatrda" iyulun 9-da keçirilməsi nəzərdə tutulur. Biletlər artıq şəhərin kassalarında satılır.

Emin Ağalarov 2010-cu il konsert mövsümünə yeni albomu ilə start verib. Müğənni ilk konsertini mayın 28-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Baku" kinoteatrında verib.

Bu konsertin davamı olaraq Emin Ağalarov mayın 29-da Moskvanın Elizium konsert zalında, iyunun 3-də isə M.Qorki adına MXAT-da çıxış edib.

E.Ağalarovun "EMİN" adlı yeni albomu artıq hazırdır. Albom keçən ilin payızından bu ilin yazınadək Londonda yazılıb. Albomun buraxılması ilə yanaşı yeni mahnılardan ibarət konsert proqramı hazırlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar