Elza Seyidcahanın ad gününə Bəstəkarlar İttifaqından qiymətli hədiyyə
08 İyul 2010 Cümə Axşamı 15:30
Bəstəkar-müğənni Elza Seyidcahan Bəstəkarlar İttifaqına üzv seçilib.
Əməkdar artist, bəstəkar - müğənni Elza Seydicahan dünən növbəti doğum gününü qeyd etdi. Ad günü ilə bağlı təəssüratlarını ANS PRESS-lə bölüşən müğənni ən qiymətli hədiyyəni Azərbaycan Bəstəkarlar İttifaqından aldığını bildirdi: "Zəng vurub dedilər ki, təbrik edirik, səni İttifaqa üzv seçmişik. Xüsusi komissiya əsərlərimi dəyərləndirib və yekun qərara əsasən mən Bəstəkarlar İttifaqına qəbul olunmuşam. Bundan qiymətli ikinci hədiyyəni təsəvvür edə bilmirəm".

"Yaratdığınız imkandan yaralanaraq, başda Azərbaycanın xalq artisti, görkəmli bəstəkarımız Firəngiz xanım Əlizadə olmaqla, İttifaqın bütün kollektivinə dərin minnətdarlağımı bildirirəm. Söz verirəm ki, mənə göstərilən bu etimadı bundan sonrakı yaradıcılığımda da lazımınca doğruldacağam", deyə Elza Seyidcahan əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar