Elza Seyidcahan yenə də jurnalistləri təəccübləndirdi
20 Aprel 2010 Çərşənbə Axşamı 19:50
Əməkdar artist Elza Seyidcahan solo-konsertini bu dəfə harada verəcək?
Bu gün "Caz Mərkəzi"ndə mətbuat konfransı keçirən əməkdar artist Elza Seyidcahan yeni klipini təqdim etməklə yanaşı jurnalistləri növbəti solo-konserti ilə bağlı məlumatlandırdı. Elza Seyidcahanın cıdır meydanında, parklarda, meşələrdə konsert verməsi artıq adi hal olaraq qarşılanır. Müğənninin yenə də hansısa bir fərqli məkanda konsert verəcəyimizi düşündük. Lakin Elza Seyidcahan düşündüyümüzün əksinə olaraq Heydər Əliyev Sarayında solo-konsert verəcək. Əməkdar artist aprelin 26-da solo-konsert proqramı ilə çıxış edəcək.

"Düzdür, keçən il verdiyim konsertlər birmənalı qarşılanmadı. Heyvanların müdafiəsi üçün keçirdiyim aksiyanı nəzərdə tuturam. Mən ürəyimdən keçən və lazım bildiyim bir addımı atdım. Bu il də "Ekologiya ili" elan olunub. Və mənim ağacəkmə aksiyaları ilə verdiyim konsertlər də çoxlarının fərqli reaksiyalarına səbəb oldu. Heydər Əliyev Sarayında verəcəyim konserti də "Ekologiya ili"nə həsr etmişəm."

Elza Seyidcahan bu dəfə də açıqlaması ilə jurnalistləri təəccübləndirməyi bacardı. Sən demə, Elza Seyidcahan mətbuat konfransı keçirmək fikrində olmayıb və jurnalistləri evinə qonaq çağıraraq yeni klipini onlara öz evində təqdim etmək istəyib. Əgər müğənni sonda fikrini dəyişməsəydi, növbəti ilkə imza atacaqdı. Axı indiyədək heç bir müğənni öz evində klipinin təqdimat mərasimini təşkil etməyib! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar