Elnur Məmmədli xaricdən model gətirtdi
25 Fevral 2014 Çərşənbə Axşamı 17:52
Müğənni Elnur Məmmədli klipini yerli kliplərdən fərqli etmək üçün xaricdən iki model dəvət edib.
Yerli modellərə müraciət etməsini isə belə açıqlayıb. “Niyə məhz Azərbaycandan yox, Rusiyadan, Ukraynadan gətizdirmişəm. Çünki Azərbaycanda model agentliklərinə baş çəkdik. Bizə qaradərili model lazım idi. Lakin burada tapa bilmədik".

Elnurun yeni klipində eyni zamanda ağ rəngli pələng də görmək olacaq. Müğənni çəkiliş zamanı başına gələn çətinlikləri də sadalayıb. Əsas problem isə linzalarla yaşanıb. Belə ki, ağ rəngli linzalar qalın olduğu üçün onlar bundan istifadə edə bilməyiblər.

"Mən güclə istifadə etdim. Gözüm bütün qan idi. Gözümün içi tamamilə qara olmalıydı”.

Qeyd edək ki, klip yaxın günlərdə təqdim olunacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar