Elgizli axşamlar
25 Avqust 2010 Çərşənbə 17:35
Aglasığmaz məqamlar yalnız Elgiz Əkbərin gizli axşamlarında müzakirə olunacaq.
"Elgizin cümə axşamları" verilişi ilə qısa müddət ərzində məşhurlaşan tanınmış aparıcı Elgiz Əkbər yeni mövsümdə “Elgizli axşamlar” adlı proqramla tamaşaçıların görüşünə gələcək. ANS PRESS-in məlumatına görə, ANS TV-nin tok şousuda real həyatda gizli qalan məqamlara toxunulacaq. Sözügedən verilişdə ailə münaqişələri, valideynlərinin var-dövlətini mənimsəyərək onları çölə atan övladlar, evli kişinin şirin dillərinə allanan xanımlar, ərli qadınların həyat yoldaşlarına xəyanəti, qeyri-rəsmi doğulan uşaqları taleyin hökmünə buraxan anaların aqibəti və ağlasıgmaz məqamlar yalnız Elgiz Əkbərin gizli axşamlarında müzakirə olunacaq. Tükürpədici, insanları dəhşətə gətirən inanılmaz kadrlar, faktlar, şərhlər...

Öz obyektivliyi ilə tamaşaçıların rəğbətini qazanmış Elgiz Əkbər hər birinizin görmək istədiklərini yenidən evinizə gətirəcək. Peşəkarcasına işlənilmiş, obyektiv araşdırılmış, faktlarla zənginləşdirilmiş əhvalatlar bir daha hamının maraq dairəsinə çevriləcək.

Beləliklə, hər həftənin bazar günü saat 22.00-da “Elgizli axşamlar”a baxın ki, həyatın gözlənilməz sınaqlarından, taleyin oyunlarından xəbərdar olasınız. Verilişin prodüsseri Afət Rahilqızıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar