Eldar Qasımov və Nigar Camal pərəstişkarlarına müraciəti
15 Fevral 2011 Çərşənbə Axşamı 13:03
Eldar Qasımov və Nigar Camal pərəstişkarlarına müraciəti. "Eurovision 2011"də Azərbaycan təmsilçilərinin müraciətlərini təqdim edirik.
Almaniyada keçiriləcək "Eurovision 2011"də Azərbaycanı təmsil edəcək Eldar Qasımov və Nigar Camal
"Facebook" sosial şəbəkəsindəki səhifələrində öz fanatlarına və pərəstişkarlarına müraciət ediblər. ANS PRESS ifaçıların müraciətlərini təqdim edir.

Nigar Camal: "Mənim əzizlərim! Bir neçə gündür ki, texniki səbəblərə görə səhifəmə girə bilmirdim. İndi görürəm ki, nə qədər insan mənimlə birgə sevinir. Bu bizim ümumi qələbəmizdir. Mən hər birinizin dəstəyini hiss edirdim! Sizin ürəklərinizin istisini hiss edirdim. Hamınızı sevirəm. Siz mənə axıradək mübarizə aparmağa güc verəcək dəstəksiniz!

Bəli, biz Eldarla qələbə qazandıq və bizdən asılı olacaq hər şeyi edəcəyik ki, Vətənimizi Dyusseldorfda layiqincə təmsil edək! Müsabiqənin hazırlıq proseslərinə tam gedişatla başlamaq üçün bir neçə gündən sonra uçuram. Təəssüflənirəm ki, burada istədiyim qədər qala bilməyəcəm. Xahiş edirəm, məndən inciməyin.

Hətta ayrılıqda belə sizin qəlblərinizin istisini hiss edəcəm. Sevginizə görə sizə "Çox sağ olun!" deyirəm. Sizi sevən Nigar"

Eldar Qasımov: "Mənim əziz dostlarım! Sizə bircə söz demək istəyirəm - "Çox sağ olun!" Mənə göstərdiyiniz bütün dəstəyə görə, inamınıza və sevginiz üçün! Məhz bütün bunların sayəsində belə bir nəticəyə nail ola bildik! Bəli, bu bizim sizinlə ümumi qələbəmizdir, ona görə ki, siz olmasanız o mənim nəyimə gərəkdir? Çox sağ olun! Siz yaxşıların yaxşısısınız! Mən xoşbəxtəm ki, bu qələbəmin sevincini və hisslərimi sizinlə bölüşə bilirəm!" ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar