Elariz Nazimin köynəyini al qırmızı rəngə boyayıbmış
18 May 2010 Çərşənbə Axşamı 18:00
Elariz Nazimin köynəyini al qırmızı rəngə boyayıbmış. Sənətçilər artıq barışıb.
Dünən Bakıdakı restoranların birində dalaşan iki populyar toy müğənnisi - Elariz Məmmədoğlu ilə Faytonçu Nazim artıq barışıblar. Elariz Məmmədoğlunun mətbuat katibinin ANS PRESS-ə verdiyi məlumata görə, müğənnilər ortaq dostları tərəfindən barışdırılıb:

"Barışıq, ikisinin də ortaq dostları olan "Riyad mühafizə xidməti"nin rəhbəri Etibar Qasımov və Yaqub müəllimin təşəbbüsü ilə baş tutub. Barışığın detalları haqda ətraflı danışmağı lazım bilmirik. Bircə onu deyə bilərəm ki, həm Elariz, həm də Nazim özlərinə söz veriblər ki, bir də kimsənin fitvasına getməcəyəklər və hansısa şəxslərin münasibətlərinə mənfi təsir göstərmələrinə şərait yaratmayacaqlar. Qısası, Elarizlə Nazim arasında davam edən küsülülük aradan götürüldü".

Mətbuat katibinin sözlərinə görə, sənətçilər arasında dava isə belə yaranıb: "Elarizlə eyni masa arxasında əyləşən Nazim, yaxşı insanların, mehribançılığın şərəfinə badə qaldırıb. Bu zaman müğənni Elariz etiraz edərək, "Mən Nazimin dediyi sağlığa qoşulmuram və bu şərəfə də içmirəm. Çünki onun mənim yanımda "qrexi" var. Nə zaman üzr istəyər, onda badə qaldıraram!" – deyib. Bu söhbət daha sonra dəhlizdə davam edib və Nazimə əl qaldıran Elariz həmkarı ilə əlbəyaxa olub. Həmkarına bir neçə yumruq vuran Elariz Nazimin köynəyini al qırmızı rəngə boyayıb".

Qeyd edək ki, Elariz Məmmədoğlu dünən ANS PRESS-ə açıqlamasında xəbəri təsdiqləsə də əlbəyaxa dava etdiklərini təkzib etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar