Elariz Məmmədoğlu ilə Faytonçu Nazim dava edib
17 May 2010 Bazar Ertəsi 18:20
Elariz Məmmədoğlu ilə Faytonçu Nazim dava edib. Sənətçilər dünən şəhər restoranlarının birində əlbəyaxa olub.
Müğənnilər Elariz Məmmədoğlu və Faytonçu Nazim arasında illərdir davam edən "soyuq müharibə" davaya keçib. Bu barədə day.az saytı məlumat yayıb. Məlumata görə, sənətçilər dünən şəhər restoranlarının birində əlbəyaxa olub. İnsidentdən dərhal sonra Nazim Elarizdən şikayət ərizəsilə polisə müraciət edib.

Faytonçu Nazim faktı təsdiqləsə də, şikayət ərizəsi ilə bağlı məlumatı təkzib edib: "Biz münasibətlərimizə kişi kimi aydınlıq gətirdik. Ancaq heç bir yerə şikayət ərizəsi verməmişəm və bu etmək fikrim yoxdur", - deyə o bildirib.

Elariz Məmmədoğlu isə ANS PRESS-ə açıqlamasında bildirib ki, Nazimlə mübahisəsi düşüb. Amma o, əlbəyaxa dava etmədiklərini deyil: "Dalaşmaq nədir, biz ağlı başında olan insanlarıq. Düzdür, bizim Nazimlə münasibətlərimiz yaxşı deyil. Lakin bu o demək deyil ki, əlbəyaxa olaq. Bəli, mübahisə etdik və bu yalnız danışıqla oldu".

Qeyd edək ki, hər iki tərəf mübahisənin baş vermə səbəbini açıqlamayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar