Ebru Gündeşe öz konsertinde yumurta atıblar
30 İyun 2010 Çərşənbə 04:15
Ebru Gündeşin konsertində etiraz aksiyası keçirilib.
Türkiyənin məhşur müğənnisi Ebru Gündeşin konsertində xoşagəlməz hadisələr baş verib. “II Qardaş Türkülər” konserti çərçivəsində səhnədə mahnı oxuyan Gündeş iki barmağını havaya qaldıraraq aksiya keçirməyə çalışan qrupa müdaxilə edib: “Mənim konsertin əks-təbliğat yeri deyil. Mənim konsertimdə siyasi fikir nümayişi yolverilməzdir”.

Aksiyaçı qrupun aksiyaya davam etdiyini görən Ebru Gündeş polisdən yardım istəyib: “Əgər burda polis varsa bu qrupa müdaxilə etsin”.

Qrup aksiyaya davam etməkdə təkid etdiyi üçün müğənni səhnəni tərk edib. Bu hadisədən sonra aksiyaçı qrup polislər tərəfindən bayıra çıxarılıb. Gündeş isə səhnəni tərk edərkən ona yumurta və daş atılıb.

Daha sonra böyük çətinliklə Ebru Gündeş səhnəyə qayıtmağa razı olub.

Qeydn edək ki, xəbərdə aksiyaçıların tələbləri barədə məlumat verilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar