Ebru Gündeş Ümrə ziyarətinə gedib
22 Fevral 2011 Çərşənbə Axşamı 01:11
Cütlük Məkkəyə iş adamı Zerrabın icarəyə götürdüyü təyyarə ilə gedib
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Azərbaycan əslli iranlı həyat yoldaşı Rza Zerrab ilə birlikdə Məkkəyə Ümrə ziyarətinə gedib. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, cütlük Məkkəyə iş adamı Zerrabın icarəyə götürdüyü təyyarə ilə gedib. Qeyd edək ki, Gündeş bu ziyarəti uzun müddətdir planlaşdırırmış. Məlumata görə, Ebru Gündeş və Rza Zerrab ailələri üçün, Gündeşin yeni albomunun uğur qazanması üçün və övladları olması üçün dua ediblər.

Xatırladaq ki, daha əvvəl sənət dünyasından Mazhar Alanson, Cem Yılmaz, Sibel Can və Seda Sayan da Ümrə ziyarətində olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar