Dilarə Əliyeva: "Artıq rahat pensiyaya gedə bilərəm"
07 May 2010 Cümə 18:15
Beynəlxalq Ümumtəhsil Mərkəzinin uşaqları teleaparıcı Dilarə Əliyevaya sürpriz hazırlayıb.
Beynəlxalq Ümumtəhsil Mərkəzinin uşaqları teleaparıcı və aktrisa Dilarə Əliyevaya sürpriz edib. Mərkəzdə təhsil alan uşaqlar təhsil aldıqları ocaqda bu gün aktrisa ilə görüş keçirib. Uşaqlar tədbiri bütünlüklə aktrisaya həsr edib. “Bu günə qədər həyatımda belə bir sürpriz görməmişdim. Uşaqlar məxsusi mənim üçün “Çal-Çağır” verilişi hazırlamışdılar. Balaca aparıcılar o qədər təbii çıxış edirdilər ki, hələ də təəccüb içindəyəm. Mənim jestlərim, səs tonum dəqiqliklə təqlid olunmuşdu. Uşaqlar hətta verilişin “Boxça” rubrikasını da hazırlamışdılar”, - deyə D.Əliyeva bildirib.

Dilarə Əliyevaya növbəti sürpriz “Aysel” və “Araş”dan gəlib: “Sonra üz quruluşu ilə Aysel Teymurzadə və Araşa çox bənzəyən iki uşaq “Always” mahnısı ilə çıxış etdilər. Onların geyimləri də “Eurovision-2009” müsabiqəsində iştirak edən çıxışçılarımızın geyimi kimi idi”.

Dilarə Əliyeva gördüklərinin qarşısında uşaqlara son sözünü deyib: “Artıq rahat pensiyaya gedə bilərəm”.

Teleaparıcı və aktrisa Beynəlxalq Ümumtəhsil Mərkəzinin uşaqlarına “Cavid ömrü” filminin disklərini hədiyyə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar