Damarında azərbaycanlı qanı axan italyan model
09 Fevral 2014 Bazar 02:06
Model Bianca Baltinin anası azərbaycanlı, atası italyandır.
İtaliyada və ümumiyyətlə bütün dəb aləmində çox tanınmış model xanımlardan biri də Bianka Baltidir.

ANS PRESS-in məlumatına görə, bu xanımın anası azərbaycanlı,atası italyandır. Bianka 1984-cü il, martın 19-da İtaliyada (Lodi) dünyaya gəlib.

İlk dəfə 2004-cü ildə “L’Officiel” jurnalının üz qabığına çəkilib. Daha sonra dünyada məşhur olan bir çox markaların siması olub. 2005-ci ildə “Victoria’s Secret” şousunda iştirak edib və markanın kataloq çəkilişlərinə qatılıb.

Anası azərbaycanlı olan bu model Kristian Lusidi adlı fotoqraf köməkçisi ilə ailə qurub və bu evlilikdən onların 2007-ci ildə Matilda adlı qızları dünyaya gəlib. Cütlük 2010-cu ildə ayrılıb. 2011-ci ildən Bianka Balti Françesko Mele adlı 26 yaşlı sardiniyalı musiqiçi ilə görüşür.







Bianka Balti, anası və qızı ilə























DOSTLARINLA PAYLAŞ:

oyunlar