Corc Maykl həbs edildi
14 Sentyabr 2010 Çərşənbə Axşamı 22:20
Qarşıda Corc Mayklı 8 həftəlik həbsxana həyatı gözləyir.
Dünya şöhrətli pop-müğənni Corc Maykl azadlıqdan məhrum edilib. İngiltərənin London dairə məhkəməsi 14 sentyabr tarixində britaniyalı müğənninin 8 həftəlik həbsi barədə qərar çıxarıb. Corc Maykl narkotik maddələrin təsiri altında avtomobili idarə etməkdə və marixuana saxlamaqda ittiham olunur.

Qeyd edək ki, Corc Maykl iyulun 4-də həbs olunub. Buna səbəb müğənninin narkotik maddənin təsiri altında idarə etdiyi maşınla London küçələrindən birində yerləşən mağazaya girməsi səbəb olub.

Məhkəmənin yekununda Corc Maykl müqəssir olduğunu etiraf edib. O, həbs olunmaqla yanaşı 1 250 funt sterlinq məbləğində cərimə də ödəməli olacaq.

Xatırladaq ki, daha çox Corc Maykl təxəllüsü ilə məşhur olan Georgios Kiriyakos Panayotou 25 iyun 1963-cü il tarixində Londonda kipirli və ingilis yəhudisi ailəsində dünyaya göz açıb. O, müğənnilik karyerasına 1981-ci ildə başlayıb. O zaman Corc Maykl məktəb dostu Endryu Ricli ilə “The Executives” qrupunu yaradıb. Həmin vaxt qrup uğur qazana bilməyib, Maykl və Ricli isə “Wham!” adı altında duet şəklində fəaliyyət göstərməyə qərar veriblər. O iki dəfə “Qremmi” mükafatına layiq görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar