Cessika Alba ikinci dəfə hamilədir
18 Fevral 2011 Cümə 02:33
Aktrisanın ilk uşağı 2008-ci ildə dünyaya gəlib
Məşhur Hollivud aktrisası Cessika Alba ikinci dəfə ana olmağa hazırlaşır. Bu barədə məlumatı aktrisa özü yayıb. Alba “Facebook” və “Twitter”də özünə aid səhifədə hamilə olduğunu və həyat yoldaşı Keş Uorrenlə ikinci uşağı gözlədiklərini yazıb. Qeyd edək ki, cütlüyün ilk övladı 2008-ci ildə dünyaya gələn Honor Meri adlı qızdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar