Bred Pitin Türkiyəyə gəlmək üçün irəli sürdüyü şərt
19 Oktyabr 2010 Çərşənbə Axşamı 04:10
Aktyor Bred Pit Türkiyəyə gəlmək üçün ölkə rəsmilərindən Ancelina Coli ilə ortaq yardım fonduna 1 milyon dollar dəstək tələb edib.
Hollivudun məhşur aktyoru Bred Pit bu il Türkiyədə ilk dəfə keçiriləcək Çanaqqala “Troya” film festivalında iştirak etməyi qəbul edib. Bred Pitin bu dəvətə görə irəli sürdüyü şərt isə Türkiyə rəsmilərini bir daha düşünməyə vadar edib. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, məhşur aktyor Türkiyəyə gəlməyin qarşılığında ölkə rəsmilərindən Ancelina Coli ilə birlikdə yartdığı yardım fonduna 1 milyon dollar dəstək tələb edib.

Qeyd edək ki, bu dəvəti Pitə Türkiyənin dövlət naziri Egemen Bağış ilə Mədəniyyət və turizm naziri Ertuğrul Günay göndərib. Hollivud ulduzunun Türkiyəyə gəlməsinin bu ölkə üçün yaxşı reklam olacağını deyən nazir Günay festivala sponsor olacaq şirkətlərdən bu iş üçün dəstək tələb edib.

Berd Pitin Türkiyəyə gəlib gəlməməsi isə bir həftə davam edəcək danışıqlardan sonra məlum olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar