Bakıda keçirilən Beynəlxalq Caz Festivalında diqqətsizlik
21 Oktyabr 2010 Cümə Axşamı 11:00
İsfar Sarabskinin adı konsertin biletində İsraf kimi yazılıb.
Bakıda keçirilən Beynəlxalq Caz Festivalı təşkilatçılarının diqqətsizliyi çaşqınlığa səbəb olub. Pianoçu İsfar Sarabskinin oktyabrın 19-da Bakı Filarmoniyasında keçiriləcək konsertinə bilet alanlar konsert və bütünlükdə festival təşkilatçılarının etinasızlığından məyus olublar. Belə ki, pianoçunun adı biletə səhv yazılıb. Biletə İsfar əvəzinə İsraf yazılıb ki, bu söz də Azərbaycan dilində başqa məna verir.

Qeyd edək ki, “Bakı Beynəlxalq Caz Festivalı-2010” Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production”un təşkilatçılığı ilə keçirilir. Festival oktyabrın 30-dək davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar