Azərin Türkiyə konsertinə hazırlaşır
03 Avqust 2010 Çərşənbə Axşamı 18:50
Əməkdar artist Azərin həmçinin Avropa ölkələrinə qastrola çıxacaq.
Əməkdar artist Azərin bəzi yaradıcılıq planlarını reallaşdırmaq fikrindədir. Planları barədə ANS PRESS-ə məlumat verən sənətçi Avropa ölkələrinə qastrola hazırlaşmaqla yanaşı Türkiyədə konsertinin gözlənildiyini bildirib.

Sənətçi adəti üzrə hərbi hissələrdəki çıxışlardan da danışıb: "Qubadakı hərbi hissədən yenicə qayıtmışam. Zaqatalada yerləşən hərbi hissələrin birində verəcəyim konsertə hazırlaşıram".

Qeyd edək ki, Azərin Türkiyənin "TRT Avaz" kanalındakı "Azerinle esintiler" layihəsini yeni mövsümdə davam etdirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar