Azərin albom çıxardır
23 Noyabr 2009 Bazar Ertəsi 14:10
Azərin albom çıxardır. 16 mahnıdan ibarət albomun satışı türkdilli dövlətlər üçün nəzərdə tutulub.
Türkiyənin TRT-Avaz telekanalında çalışan Azərbaycanın əməkdar artisti Azərinin vətənpərvər mahnılardan ibarət albomu işıq üzü görəcək.

Müğənni sözlərinə görə, 16 mahnıdan ibarət albomun satışı türkdilli dövlətlər üçün nəzərdə tutulub.
Onu da qeyd edək ki, albomun hazırlıq işlərinin yaxın vaxtlarda başa çatması gözlənilir.
Xatırladaq ki, "Bakı Payızı" müsabiqəsinə Anaxanım adı ilə qatılan müğənni Türkiyədəki səfərindən sonra Azərin təxəllüsü ilə Bakıya dönüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar