Aysel Teymurzadə azarkeşlər üçün oxuyacaq
18 May 2010 Çərşənbə Axşamı 11:35
Müğənni Aysel Teymurzadə Sumqayıtda “Top festivalı”na qatılacaq.
Sabah Sumqayıt şəhərindəki Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında “Top festivalı” keçiriləcək.

AFFA-nın təşkil edəcəyi tədbir iştirakçılar və qonaqlar üçün əyləncəli məqamlarla da yadda qalacaq.

“Eurovision-2009” müsabiqəsində ölkəmizi təmsil etmiş Aysel Teymurzadə “Top festivalı”nda ifa edəcəyi mahnılarla iştirakçıların və tamaşaçıların zövqünü oxşayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar