Aygün Kazımova: "Gizlətməyə lüzum görmürəm"
23 Fevral 2011 Çərşənbə 18:52
Xalq artisti ona diskomfort yaşadan cüzi problemləri aradan götürüb
Özəl klinikaların birində plastik cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın xalq artisti Aygün Kazımova bu addımı nədən atmasının səbəblərini ilk olaraq ANS PRESS-ə izah etdi. "Mətbuatda mənim dilimdən müxtəlif sözlər yazıla bilər. Amma onların heç bir əsası yoxdur. Artıq neçənci dəfədir ki, mən tanınmış plastik cərrah Rauf Əşrəfovun şəfalı əllərinin köməkliyindən yararlanıram. Dünən Bakıda olduğunu öyrəndim, mənə diskomfort yaşadan cüzi problemləri aradan götürməyə qərar verdim. Əməliyyatı uğurlu adlandırmaq olar. Narkozla keçirilən "gözəlləşmə prosesi" 3 saat keçdi. Hər şey yaxşı keçdi".

Aygün xanımdan plastik əməliyyat etməsinin əsl səbəbini saçlarını lazer üsulu ilə uzatmaq məqsədi daşıyıb-daşımadığını da dəqiqləşdirmək istədik. "Hə, doğrudur. Əsasən saçlarımı uzatdırmışam. Xoşuma gəldi uzun saçlarım. Amma bədən nahiyəmdə də əməliyyat etdirmişəm. Gizlətməyə lüzum görmürəm", - deyərək o, fikirlərini izah etməyə çalışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar