Artıq Rza Zərrab tənqid edilə bilməyəcək
08 Fevral 2014 Şənbə 23:07
Artıq Rza Zərrab tənqid edilə bilməyəcək. Bu barədə İstanbul Məhkəməsi qərar qəbul edib.
Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı barədə xəbərlər səngimək bilmir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mediada bundan sonra iş adamı Rza Zərrabın həbsi və istintaqı haqqında tənqidi xəbərlər yayımlanmayacaq.

Bu barədə İstanbul Məhkəməsi qərar qəbul edib və mediaya açıqlayıb.

Rza Zərrabın şübhəli qismində həbs edildiyi İstanbul Baş Prokurorluğundakı məhkəmə sənədləri ilə bağlı reportaj, xəbər, tənqidi məqalənin dərc olunması qadağan edilib. Məhkəmə Ebru Gündəşin istəyi ilə qəbul etdiyi qərar haqda media qurumlarına məktub ünvanlayıb. Eləcə də qeyd edək ki, bu addım yerli KİV-lər tərəfindən birmənalı olaraq qarşılanmayıb.

Xatırladaq ki, Rza Zərrab ötən il dekabrın 17-də rüşvət və qaçaqmalçılıq iddiası ilə həbs olunub. Daha sonra isə Rzanın ərəb qadınları ilə bağlı yayımlanan səsyazmasından sorna Ebru onunla görüşməkdən imtina etmişdi. Sənətçi yanvar ayının 10-dan etibarən ziyarət etmədiyi yoldaşının görüşünə ötən gün gedib. Məşhur sənətçi Ədliyyə Nazirliyindən aldığı xüsusi icazə ilə Zərrabla 1 saatlıq görüşüb. Ebru və həyat yoldaşının vəkili Şeyda Yıldırım müvəkkillərinin həbsxana və ya şüşə arxasından görüşmək istəmədikləri üçün sənətçinin həbsxanaya getmədiyini, ayda bir gün açıq görüş haqqı olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar