“Arka Sokaklar” pis nümunə oldu
21 Avqust 2010 Şənbə 05:30
Komissar Engin yol polisinin gözünü aldatmaq üçün kəməri oturacağın arxasından çarpaz keçirərək yerinə bənd edib.
Dedektiv janrda çəkilmiş və Azərbaycanda da izləyiciləri olan “Arka Sokaklar” filmindəki səhnələrdən biri diqqətli tamaşaçıların təəccübünə səbəb olub. Belə ki, aktyor İlker İnanoğlunun canlandırdığı komissar Engin filmdə avtomobil idarə edərkən təhlükəsizlik qaydalarına riayət etmir. Toqquşma vaxtı sürücünü qoruyan təhlükəsizlik kəmərindən qaydalara uyğun istifadə etməyən komissar Engin yol polisinin gözünü aldatmaq üçün kəməri oturacağın arxasından çarpaz keçirərək yerinə bənd edib.

İctimaiyyət qarşısında nümunəvi polis obrazını canlandıran heyətin üzvü olan komissar Enginin atdığı bu addım tamaşaçılar tərəfindən müsbət qarşılanmayıb. “Komissar Engin belə edirsə, biz nə edək?” ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar