Aktyor Çarli Şin xəstəxaanya düşüb
28 Yanvar 2011 Cümə 02:25
Aktyor Çarli Şin xəstəxaanya düşüb. Amerika televiziyasının ən çox qazanan aktyorunu evindən xərəkdə aparıblar.
Amerika televiziyasının ən çox qazanan aktyoru Çarli Şin xəstəxaanya düşüb. Aktyorun mətbuat katibi yerli KİV-lərə bildirib ki, onun xəstəzanaya yerləşdirilməsinə qarnındakı kəskin ağrılar səbəb olub.

Həkimlər Çarli Şini Los-Anceles yaxınlığındakı evindən xərəkdə çıxarıblar. Qonşuları bildiriblər ki, ötən gecə aktyorun evində ziyayət olub və səhərədək davam edib.

Çarli Şin ötən il üçüncü arvadından boşanıb. 2008-ci ilin mayından birlikdə olan cütlüyün əkiz oğlu var. Aktyor “Vzvod” və “Uoll-strit” kimi məşhur filmlərdə çəkilib. Onun televiziya seriallarından əldə etdiyi qonorar açıqlanmır. Amma Çarli Şin əvvəllər hər seriya müqabilində 825 min dollar qazanırdı. Qeyri-rəsmi məlumatlara görə, indi qonorar 1,8 milyon dollaradək artırılıb. Bu isə Çarli Şini Amerika televiziyasında ən çox qazanan aktyora çevirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar