ABŞ-ın ən bahalı teleaktyoru efirdən qovulub
08 Mart 2011 Çərşənbə Axşamı 15:26
Çarli Şin film prodüsserini təhqir etdiyinə görə serialın çəkilişlərindən kənarlaşdırılıb
Amerikanın "Warner Bros" şirkəti ABŞ-ın ən bahalı teleaktyoru Çarli Şinlə müqaviləni ləğv edib. ANS PRESS-in RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, ən bahalı teleaktyor titulunu qazanmağa 46 yaşlı Şinə "İki yarım adam" komediya serialında aldığı qonorar səbəb olub. Aktyor bir epizoda görə 1 milyondan 2 milyon dollaradək pul alıb.

Populyarlığına baxmayaraq serial fevralın sonundan efirdən çıxarılıb. Səbəb, Çarli Şinin verdiyi müsahibələrində filmin prodüsseri Çak Lorrenin ünvanına təhqiredici ifadələr işlətməsidir.

Şinin 8 mövsüm davam edən serialla müqaviləsi 2012-ci ilədək idi. Amma baş verənlərdən sonra şirkət aktyordan imtina etmək qərarına gəlib.

Çarli Şinin birinci rolu "Apolipsis bu gün" filmində ulduzun oğlu rolu olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar