Zeynəb Xanlarova 73 yaşını İsveçrədə qeyd edir
28 Dekabr 2009 Bazar Ertəsi 14:50
Dekabrın 28-də Azərbaycanın xalq artisti, millət vəkili, sənəti ilə dünyada tanınmış müğənni Zeynəb Xanlarovanın ad günüdür.
 Bu gün sənətkarın 73 yaşı tamam olur. Xalq artisti elə ad günü münasibəti ilə dünən İsveçrəyə gedib. Səfərinin məqsədi isə ad gününü və Yeni il bayramını İsveçrədə keçirməkdir. Bu barədə APA-ya məlumatı Zeynəb Xanlarovanın konsertlərinin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu məlumat verib. O bildirib ki, Zeynəb Xanlarova Yeni il bayramını da sözügedən məkanda qeyd etdikdən sonra yanvarın 5-də vətənə qayıdacaq.

Qeyd edək ki, xalq artisti Zeynəb Xanlarova 1936-cı ildə dekabrın 28-də Bakıda anadan olub. 1961-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbini bitirib. 1961-ci ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar