Yeni blokbaster "Titanik"in uğurunu təkrar edə bilər
04 Yanvar 2010 Bazar Ertəsi 12:10
Tənqidçilər hesab edirlər ki, "Avatar" 8 Oskar ala bilər
Məşhur rejissor Ceyms Kameronun “Avatar” blokbasteri dünyada 600 milyon dollar yığan “Titanik” filminin uğurunu təkrar edə bilər.
North American Box Office veb saytı filmin üç həftə dalbadal 352 milyon dollar yığması barədə məlumat yayıb.

USA Today-in məlumatına görə, "Qara cəngavər" və "Transformer"dən sonra “Avatar” Hollivud tarixində sürətli kassa yığımı üzrə 3-cü film sayılır.

Amerikalı tənqidçilər hesab edirlər ki, "Avatar" filmi 8 Oskar mükafatına layiq görülə bilər. CNN kanalının versiyasına görə isə böyük kassa uğuru əldə etməyinə baxmayaraq, "Avatar" ilin ən yaxşı filmləri siyahısına düşməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar