Yazıçı Sabir Azəri vəfat edib
28 Yanvar 2010 Cümə Axşamı 16:25
Həkimlərin cəhdlərinə baxmayaraq yazıçı Sabir Azərini xilas etmək mümkün olmayıb
Yanvarın 28-də Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Sabir Azəri vəfat edib. İki həftə əvvəl infarkt keçirən və ağır vəziyyətdə Neftçilər Xəstəxanasına yerləşdirilən yazıçı elə oradaca dünyasını dəyişib.

Həkimlərin cəhdlərinə baxmayaraq, reanimasiya şəraitində saxlanan S.Azərinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, yazıçı ilk dəfə 1992-ci ildə ağır infarkt keçirib.

Allah rəhmət eləsin! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar