Xristianlar Pasxa bayramını qeyd edirlər
19 Aprel 2009 Bazar 15:55
Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edirlər.

 

Bayramın əsas şərtlərindən biri kimi xristianlar məbədə,   kilsəyə toplaşır, müqəddəslərin ruhlarına dualar oxuyurlar. Qeyd edək ki, Pasxa xristianlığın ilk əsrlərindən qeyd olunur.  Bayramın ilk  keçirilmə tarixi təxminən eramızın 1-ci  əsrinin 30-cu illərinin sonu, 40-cı  illərinin əvvəlinə  təsadüf  edir. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da pravoslav xristianlar Pasxa bayramını qeyd edirlər. İsa Məsihin çarmıxa çəkildiyi xaçdan azad edildiyi gün kimi qəbul olunan Pasxada mömin xristianlar kilsəyə gəlib şam yandırırlar, arzularının həyata keçməsi üçün tanrıya dua edirlər.
 
Pasxa pravoslav xristianlığında özünəməxsus yer tutur. Bu bayramın ənənəvi yeməkləri var. Kömbə, rulet, boyanmış yumurta bayramın əsas atributlarındandır. Bayram günü mömin pravoslavlar hazırladıqları şirniyyatı kilsəyə gətirir, onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırırlar.

Pasxada kimsəsizləri, imkansızları sevindirmək, tanrının bəxş etdiyi ruzidən onlara da pay ayırmaq bayramın vacib elementlərindən biri sayılır./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar